Gürcüstan Prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb.
Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı açıqlamalarına görə dindiriləcək.
Prosesin oktyabrın 31-də keçirilməsi planlaşdırılır.
MSK-nın məlumatına görə, oktyabrın 26-sı keçirilən Parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb.
Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrinin saxtalaşdırıldığını əsaslandıraraq nəticələri tanımaqdan imtina edilər. 2 gündür Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir, yenidən seçkilər tələb olunur.