Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya-İran vətəndaşı Cəmşid Şarmaqdın edam edilməsinə cavab olaraq bu ölkədəki üç İran konsulluğunun bağlandığını açıqlayıb.
Bu barədə DW məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, konsulluqlar Frankfurt, Hamburq və Münhendə yerləşir.
Burbok qurumların bağlandığını elan edərək vurğulayıb ki, Almaniya dəfələrlə İrana bir Almaniya vətəndaşının edamının nəticələrinin olacağını açıqlayıb.
"Biz dəfələrlə və birmənalı şəkildə Tehrana bildirmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi nəticələrə səbəb olacaq", - o vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ölkə Şarmaqdın edamında iştirak edən şəxslərə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə çalışacaq.
İran oktyabrın 28-də Almaniya vətəndaşı Cəmşid Şarmağdın edam edildiyini elan edib.
O, Tehranda anadan olub, uşaqlığını Almaniyada keçirib, həyatının çox hissəsini ABŞ-da keçirib. Həmin şəxs Dubayda səfərdə olarkən qaçırılaraq İrana aparılıb, daha sonra mühacirətdə olan İranın müxalifət təşkilatı ilə əlaqədə olduğu iddiası əsasında terrorizmdə ittiham edilib və 2023-cü ilin yazında ölüm cəzasına məhkum edilib.
Kansler Olaf Şolz və Berbok edamdan hiddətləndiklərini , müxalifətdəki CDU-nun lideri Fridrix Merz isə İran səfirinin ölkədən çıxarılmasını tələb ediblər.
Oktyabrın 29-da ölkə İranın səfirini çağırıb , həmçinin Tehrandakı səfiri məsləhətləşmələr üçün geri çağırıb.