Zəmanət yoxdur- Tramp seçici reytinqində Harrisi qabaqlayır

Respublikaçı Donald Tramp xalq səsverməsində ABŞ-ın vitse-prezidenti Kamala Harrisi beş faiz üstələyir.

Bizimxeber.az bildirir ki, bunu Rasmussen Reports son sorğusuna istinadən bildirib.

Araşdırmaya görə, noyabr seçkilərində respondentlərin 49%-i Trampa, 44%-i isə Harrisə səs verəcək.

Qeyd olunur ki, bir həftə əvvəl bu fərq yeddi faiz bəndi təşkil edirdi. Ekspertlərin fikrincə, Tramp ona görə reytinqlərdə öndədir ki, prezidentlik yarışında vəziyyət stabilləşib, lakin seçki mübarizəsinin əsas hadisələri hələ qabaqdadır. Analitiklər onu da qeyd edirlər ki, Harris Baydenlə müqayisədə daha üstün görünsə də, bu, onun seçkilərdə milyarder üzərində qələbəsinə zəmanət vermir.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səsvermədə vitse-prezident Kamala Harrisi beş faiz üstələyir. Bunu Rasmussen Reports agentliyinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i Trampa, 44%-i isə Harrisə səs verəcəyini bildirib. Digər 4% başqa namizədə səs verəcək, 2% isə qərarsızdır. Sorğu 24-25 və 28-31 iyul tarixlərində prezident seçkilərində səs vermək niyyətini bəyan edən 2163 ABŞ vətəndaşı arasında aparılıb.

Rasmussen Reports-da qeyd edildiyi kimi, agentliyin 22-24 iyul tarixlərində keçirdiyi əvvəlki sorğuda Tramp Harrisi 7 faiz üstələyib - 50%-dən 43%-ə qədər.