Bayden bu qanun layihəsinə veto qoymaq istəyir

ABŞ Prezidenti Co Bayden, hökumətin 2025-ci ilin martına qədər müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinə veto qoymaq niyyətindədir.

Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, əgər qanun layihəsi prezidentə təqdim olunarsa, Bayden ona veto qoyacaq.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Pentaqonu 2022-ci ildən Ukraynaya hərbi yardımın göstərilməsi fonunda mərmi istehsalını genişləndirmək üçün 5,3 milyard dollar sərmayə yatırıb.