Sentyabrın 9-da Rumıniyanın Tulça bölgəsində, Ukrayna ilə sərhədə yaxın ərazidə Rusiyaya məxsus "Şahed" pilotsuz təyyarəsinin qalıqları aşkar edilib.
Bizimxeber.az bildirir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik, Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyinin mütəxəssisləri Periprava kəndinin yaxınlığında pilotsuz təyyarənin fraqmentlərini toplayıblar.
Qalıqların ekspertizası hüquqi prosedurlara uyğun olaraq həyata keçiriləcək.
Rumıniyanın Müdafiə Nazirliyi bildirib ki, pilotsuz təyyarənin qalıqları yaşayış məntəqələrindən kənarda tapılıb və heç bir infrastruktur zədələnməyib.
Qeyd edək ki, Rusiyaya məxsus ən azı iki "Şahed" pilotsuz təyyarəsi Rumıniya hava məkanına daxil olub. Bununla əlaqədar Rumıniya hakimiyyəti Tulça və Konstansa əyalətlərinin sakinlərinə təhlükə barədə mobil telefon vasitəsilə xəbərdarlıq göndərib.