"Şimali Koreya əsgərləri artıq Kurskdadı" - General Rayder

Bir neçə min Şimali Koreya əsgəri Rusiyanın Kursk bölgəsinə doğru hərəkət edir.

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqon rəsmisi general-mayor Patrik Rayder brifinqdə deyib. 

Rayderin sözlərinə görə, ilk əlamətlər Rusiyanın onlardan piyada kimi istifadə etmək niyyətində olmasıdır. Qoşunlar Kurskda Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak edəcək.

Brifinqdən bir qədər əvvəl CNN Qərb kəşfiyyatındakı mənbələrə istinadən Şimali Koreya qoşunlarının Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə də daxil olduğunu bildirib.