Səyyad Aran: "O boyda rayonda bir dənə psixiatr var"


"O boyda rayonda sadəcə bir dənə psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?"

Bunu Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır:

"1200-1300 manat məvacib həkimə çatmır. Məndə olan məlumata görə, İmişli Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir dənə psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır".