Blinken Bakıda keçiriləcək COP29-da iştirak etməyəcək


Bu il COP29 sammitində ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.

Bizimxeber.az bildirir ki, bu barədə "TURAN"ın Vaşinqton müxbiri xəbər verib. O bildirib ki, dövlət katibi Blinken Bakıya getməyəcək.

Dövlət Departamenti cümə axşamı bildirib ki, ABŞ Administrasiyasının 20 departamentinin və təşkilatından olan yüksək vəzifəli rəsmiləri noyabrın 11-22-də Bakıya səfər edəcək.

Con Podesta ilə yanaşı, ABŞ nümayəndə heyətinə aşağıdakılar daxildir:

Tomas Vilsack, Kənd — Təsərrüfatı naziri
Cennifer M. Qranholm —Energetika naziri
Əli Zaidi, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim Müşaviri
Brenda Mallory, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri
David Türk — Energetika nazirin müavini
Laura Daniel-Davies, daxili işlər nazirinin müavini 
Ceyn Nişida — Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini 
Rik Spinrad —Ticarət Katibinin müavini
Bonnie Jenkins — Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini.
“ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, səhiyyə, ticarət və investisiya, gənclər məsələləri üzeə digər ABŞ hökumət rəsmiləri də daxildir”, - deyə Dövlət Departamenti bildirib.

Builki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID  rəhbəri Samanta Pauer daxil deyilər.