Şeyx Naim Qasim Hizbullahın yeni lideri oldu

Şeyx Nəim Qasım Livanda fəaliyyət göstərən radikal şiə qruplaşması olan Hizbullahın yeni lideri elan edilib.

İranyönlü qrup çərşənbə axşamı yaydığı bəyanatda bildirib ki, Qasım sentyabrın 27-də Beyrut kənarında İsrailin hava hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə yeni baş katib seçilib.

Bundan əvvəl Şeyx Nəim Qasim 1991-ci ildən Hizbullah baş katibinin müavini olub. Hizbullah Livanın cənubundakı şiələrin məskunlaşdığı ərazilərin əksəriyyətinə nəzarət edən silahlı qrup və siyasi partiyadır. Hizbullah partiyası Livan parlamentində təmsil olunur. Avropa Birliyi təşkilatın yalnız hərbiləşdirilmiş qanadını terrorçu kimi tanıyır, siyasi partiyanı tanımır.