Dövlət Gömrük Komitəsində Aparat rəhbəri və Audit İdarəsinin rəis əvəzləri məlum olub.
Qurumun aparat rəhbəri vəzifəsi, aparat rəhbərinin müavini, gömrük xidməti mayoru Kənan Əsədova, yeni yaradılan Audit İdarəsinin rəis əvəzi vəzifəsi, həmin qurumun rəis müavini təyin olunan Elçin Qasımzadəyə həvalə edilib.
Bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr izalayıb.