Sahibkar Prezidentə videomüraciət etdi - "Sumqayıt Gömrüyündə bizə süni maneəllər yaradırlar"

Sahibkar Ayaz Qocamanov Sumqayıt Gomrük İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət üvanlayıb. 

Bizimxeber.az videomüraciəti olduğu kimi təqdim edir!

***

Mən, Azərbaycan Respublikasının vətəndaşı, Qocamanov Ayaz İlyas oğlu.″ATLANTİS-2018 GLOBAL″, ″AZGLOBAL-2020″, ″AZERTÜRK-XXI.TTC.SAN″, ″MAK.GO GLOBAL″, “XAZAR YOL GLOBAL″ ″HAZAR-İNŞAAT-TİKİNTİ″, ″FİALET-2020″ şirkətlərin səhaliyyətli nümayəndəsi.

Şirkətlərin təsisçisi və direktoru  Qocamanov İlyas Ayaz oğludur.

Burdan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edirəm.

Bizim şirkətlər lojistikanın təchizat fəaliyyəti ilə məşğuldur və çalışırıq ki, ölkəmizə məhsulların sürəti şəkildə gətirilməsini təmin edək. Lakin 2 aya yaxındır ki, Gömrük Komitəsinin keçirdiyi yoxlamalarla əlaqədar, bizim yüklər də sistemli yoxlanılır.  Yoxlamalar zamanı heç bir qanun pozuntuları aşkarlanmayıb.
Bu yoxlamaların dövlət tərəfindən aparılmasına heç bir etirazımız da yoxdur. Amma yoxlamaların süni şəkildə uzadılması, müəyyən süründürməçilik halları bizim fəaliyyətimizə ciddi şəkildə təsir edir. 

Hesab edirəm ki, Sumqayıt Gömrük İdarəsində bizə süni maneələri orada çalışan şöbə müdirləri, maliyyə inspektorları yaradır. Bu şəxslər Sumqayıt Gömrük İdarəsinin şöbə müdirləri -  Emin Həsənov, Musa, Rizvan və onların tapşırıqlarını həyata keçirən yük inspektoru Mirzə Sadıqovdur. Bu şəxslər uzun illərdir dıranaqarası fəaliyyətləri ilə tanınırlar.

Yəqin ki, Sumqayıt Gömrük İdarəsinin rəisi də bu vəziyyətdən xəbərsiz də deyil. 

Bu şəxslər bizim şirkətlərin yüklərini buraxılmasını geçikdirməklə, özlərinin qanunsuz fəaliyyətini həyata keçirirlər. 

Yəni, özlərinin, yaxud başqalarının qanunsuz fəaliyyət göstərən şirkətlərini bizim qanuni şirkətlərimizin ayağına bağlayırlar. Bir növ bizdən istifadə edib qazanırlar. 
Mən bu hallarla bağlı dəfələrlə etiraz etmişəm və aidiyyatı şəxslərə məlumat vermişəm. Buna baxmayaraq, bu şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. 
Hətta dəfələrlə İdxal-İxrac İdarəsinin Sümqayıt Gömrüyündəki nümayəndəsi bir neçə şirkətləin adını çəkərək bizə aid olub-olmadığını soruşub. 
Mənə bildirib ki, Sumqayıt Gomrük İdarəsində deyirlər ki, bu şirkətlər Ayaz Qocamanovundur. 

Mən də hər dəfə ona bildirmişəm ki, belə şirkətləri tanımıram və qanunsuz fəaliyyət göstərən şirkətlərin bizimlə yaxından-uzaqdan heç bir əlaqəsi ola bilməz. Bizim şirkətlər tamamilə qanuni fəaliyyət göstərir və hamsının da adı bəllidir.

Gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərin olması ilə bağlı Komitə və İdxal-İxrac İdarəsi rəsmilərinə də məlumat vermişəm. Onlar isə cavabında “bu şirkətlərin də sahibləri var” deyiblər. 

Belə çıxır ki, bu qanunsuz şirkətlərin fəaliyyətindən çoxunun xəbəri var. Bu isə azad ticarəti, rəqabəti arxa planda saxlayır.

Eyni zamanda bunlar bizim kimi qanuni fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə ciddi mane olur. 

Hesab edirəm ki, aidiyyatı qurumlar, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov sadaladığım halların təcili araşdırılmasına göstəriş verəcək, günahkarları cəzalandıracaq.

Nəticədə, sahibkarlar üçün şəffav şərait yaradılacaq.

Cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva.

Xahiş edirəm məlum vəziyyəti nəzarətə götürəsiz, yaranmış problemlərin həlli üçün kömək göstərəsiz.