Rusiya Xarkovu bombaladı

Ukraynanın Xarkov şəhərinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bizimxeber.az bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Xarkov idarə olunan aviasiya bombaları ilə vurulub. 9 mərtəbəli binanın bir neçə mərtəbəsi uçub, 12 yaşlı uşaq ölüb.

Ukrayna prezidenti Zelenski sosial mediada pilotsuz uçan aparatla vurulan zərbənin videosunu yayımlayıb və bildirib ki, tərəfdaşlar hər gün baş verənləri görür, ona görə də hər gecikmiş qərar Ukraynaya qarşı ən azı onlarla, bəlkə də yüzlərlə belə rus bombası deməkdir.

Xarkov Ukraynanın Rusiya ordusunun hava bombaları, raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək demək olar ki, hər gün hücum etdiyi şəhərlərdən biridir.