PUA-larla Ufa şəhərindəki neft emalı zavoduna hücum


Rusiyanın Başqırdıstan vilayətinin paytaxtı Ufada pilotsuz təyyarələr sənaye müəssisəsinə hücum edib.

Bizimxeber.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. 

Söhbət yəqin ki, şəhərin “Başneft-Ufaneftexim” neft emalı zavodundan gedir. Başqırdıstan qubernatoru Radi Xabirovun sözlərinə görə, hücum bir neçə hədəfə üç pilotsuz uçuş aparatı tərəfindən həyata keçirilib. O, bildirib ki, pilotsuz təyyarələrdən biri zavod binasının şüşələrini sındırıb, digər ikisi isə sənaye zonasına düşüb.

“Baza” bildirib ki, hücuma görə zavodun işçiləri təxliyə edilib. Ufa hava limanında bütün uçuşlar bir saatdan çox müddətə dayandırılıb. Şəhər Ukrayna sərhədindən 1800 kilometr aralıda yerləşir.