Pentaqondan Kursk açıqlaması - "Bu, ABŞ-ın siyasətinə uyğundur"

Pentaqon Ukraynanın Kursk bölgəsində irəliləməsinin ABŞ-ın siyasətinə uyğun olduğunu bildirib, lakin əlavə edib ki, hələ də Rusiya ərazisinə uzaqmənzilli zərbələri dəstəkləmir.

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinq bildirib.

"Bəli, belədir. Bu, bizim siyasətimizə uyğundur və biz sərhəddən gələn hücumlardan və çarpaz atəşdən qorunmaq istəyində Ukraynanı əvvəldən dəstəkləmişik. Ona görə də onlar özlərini qorunmaq üçün tədbirlər görürlər”, - Sinq bildirib.

Bununla belə, o əlavə edib ki, ABŞ Rusiyaya qarşı uzaqmənzilli zərbələri dəstəkləmir.

"Biz (Rusiyaya) uzaq məsafədən hücumları dəstəkləmirik. Biz bu barədə əvvəldən danışmışıq".

Xatırladaq ki, Rusiya hökmdarı Vladimir Putin Kursk vilayətindəki vəziyyəti  “ təxribat ” adlandırıb . ABŞ Dövlət Departamenti Putinin bəyanatının ironiyasına diqqət çəkib .