Paris 2024-də kokain alan idmançı həbs edildi

Paris 2024-də kokain alan avstraliyalı idmançı polis tərəfindən saxlanılıb.

Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. 

Ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən Tomas Kreyq narkotik maddəni alan zaman saxlanılıb. 

Nəticədə 28 yaşlı avstraliyalı və ona qanunsuz maddə satan 17 yaşlı gənc həbs edilib.

Xatırladaq ki, Avstraliyanın otüstü xokkey komandası Olimpiadanın 1/4 finalında mübarizəni dayandırsa da, Parisdə oyunların bağlanış mərasimini gözləyir.