Koreya Ukraynaya qarşı döyüşə 3 general göndərib: BMT-də adları açıqlandı

Koreya Xalq Demokratik Respublikası (KXDR) rəhbərliyi Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyaya minlərlə hərbçi göndərib. Hərbçilər Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin beş təlim poliqonunda təlim keçir. Bu kontingentin tərkibinə Şimali Koreya Baş Qərargahından üç general da daxildir: əsas əməliyyat idarəsinin rəisi general-mayor Şin Qem Çxol, kəşfiyyat idarəsinin rəis müavini general-leytenant Li Çxan Ho və xüsusi təyinatlı əməliyyatlar üzrə rəis müavini general-polkovnik Kim Yonq Bok.

Bu məlumatı BMT Təhlükəsizlik Şurasının Nyu Yorkda keçirilən iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa açıqlayıb. Onun sözlərinə görə, Rusiyadakı poliqonlarda təxminən 12 min şimali koreyalı hərbçi hazırlanır.

Kislitsa əlavə edib ki, şimali koreyalı hərbçilərdən 2-3 min nəfərlik beşdən az olmayan hərbi birlik yaradılması planlaşdırılır. O, belə bir bölmənin motoatıcı polka bərabər tutulduğunu vurğulayıb: "Hesab edilir ki, KXDR hərbçiləri Rusiya hərbi geyimini geyinəcək və şəxsiyyətlərini təsdiq edən Rusiya sənədləri ilə təmin olunacaqlar".