Kamala Harris 36 milyon dollar ianə aldı

Kamala Harrisin namizəd yoldaşının Minnesota qubernatoru Tim Valz olacağını elan etdikdən sonra 24 saat ərzində kampaniyası 36 milyon dollar toplayıb.

Bizimxeber.az bildirir ki, bu barədə “The Hill ” xəbər verib. 

Kampaniya rəsmiləri bu günü dövrün ən yaxşı vəsait toplama günlərindən biri və Demokratlar arasında Valzın VP namizədliyinə həvəsin əks olunması adlandırdılar.

Harris və Volz kampaniyaya Filadelfiyada başladılar və bu həftə Viskonsin, Miçiqan, Nevada və Arizonaya da gedəcəklər. Bundan əvvəl Harris kampaniyası  200 milyon dollardan çox pul topladığını bildirmişdi ki, bu da seçkilər tarixində rekorda çevrildi. 

60 yaşlı Uolz ABŞ Milli Qvardiyasının veteranı və siyasi karyerasına 2006-cı ildə Nümayəndələr Palatasının üzvü kimi başlayan keçmiş müəllimdir. 2018-ci ildə o, Minnesota ştatının qubernatoru seçilib və bu vəzifəni ardıcıl ikinci müddətə icra edir.