Kaladze- Bayden seçkiləri dəyərləndirə bilməz

"ABŞ prezidenti Co Bayden ölkədə keçirilən parlament seçkilərini dəyərləndirə bilməz".

Bizimxeber.az “Georgia Online ”a istinadən bildirir ki, bu barədə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib.

"Co Bayden seçkinin qiymətləndiricisi ola bilməz və hökumətin legitim olub-olmamasını deyə bilməz. Bunu ATƏT/DTİHB qiymətləndirir. Biz onların aralıq hesabatını eşitdik".

Amerika prezidenti öz bəyanatında Gürcüstanın demokratiyadan geri çəkilməsindən “dərin narahatlığını” ifadə edib. Bayden Gürcüstan hökumətini seçki zamanı bütün pozuntuları şəffaf şəkildə araşdırmağa çağırıb.