İspaniyanın Valensiya bölgəsinin şərq hissəsini bürümüş daşqınlar nəticəsində 50-dən çox insan həlak olub.
Bizimxeber.az bildirir ki, bu barədə "El Mundo" məlumat yayıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, qəfil yağan leysan yağışlar nəticəsində yolları və şəhərləri su basması nəticəsində azı 51 nəfər ölüb. Xilasetmə əməliyyatlarına İspaniya ordusu cəlb olunub.
Valensiyada qırmızı təhlükə səviyyəsi elan edib. Güclü yağışların daşqınlara səbəb olması nəticəsində azı 7 nəfər itkin düşüb, yollar bağlanıb və yüksək sürətli qatarların hərəkəti dayandırılıb.
Bu ayın əvvəlində pis hava şəraiti İtaliya, Fransa və Bosniya ərazilərini əhatə edib.