Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.
Bu barədə açıqlamasında Tofiq İbrahimov özü məlumat verib.
O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub: "Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm.
Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm".