İrana casusluq edən azərbaycanlı ər-arvad İsraildə tutuldu

İsrail polisi və ŞABAK Lod şəhərində İrana casusluq edən Rafael və Lalə Quliyeva adlı ər-arvadı həbs edib.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

İstintaqın məlumatına görə, Rafael Quliyev iranlı kuratorun göstərişi ilə hərəkət edən Azərbaycan əsilli 56 yaşlı Elşən (Elxan) Ağayev tərəfindən əməkdaşlığa cəlb olunub. 

Quliyev İsraildəki müdafiə qurğularına, o cümlədən MOSSAD-ın qərargahına nəzarət etmək üçün missiyalar həyata keçirib, həmçinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda (İNSS) çalışan alim haqqında kəşfiyyat məlumatları toplayıb. Quliyevdən alimi öldürə biləcək şəxsin tapılmasını tələb olunub.

Bildirilib ki, Rafael Quliyevə bəzi tapşırıqları yerinə yetirmək üçün arvadı Lalə kömək edib.