Gürcüstanda “Azadlıq Meydanı” müqavimət hərəkatına başlayır.
Bizimxeber.az bildirir ki, təşkilat nümayəndələrinin oktyabrın 31-də Tbilisidəki "Ana bağı"nda keçirdiyi tədbirdə jurnalistlərə verdiyi məlumata görə, hərəkatın məqsədi oktyabrın 26-da keçirilən parlament seçkilərində baş vermiş qanun pozuntularını üzə çıxarmaq və saxtakarlıq sxemində iştirak edən şəxsləri müəyyən etmək olacaq.
"Biz azad insanlarıq, ona görə də universal, dinc, demokratik və qanuni olacaq müqavimət hərəkatına başlayırıq. Bu hərəkatın yeri hər yerdə olacaq - biz küçələrdə, auditoriyalarda, parklarda hərəkət edəcəyik, nəinki Tbilisidə, Gürcüstanın bütün rayonlarında, şəhərlərində və qəsəbələrində baş verən saxtakarlığı araşdırmağa çalışacağıq”, - deyə, “Azadlıq Meydanı”nın nümayəndəsi Simon Canashia deyib.
Onun sözlərinə görə, onlar kütləvi xarakter daşımayacaq müxtəlif növ aksiyalar keçirəcəklər. “Bunlar Gürcüstanda baş verənləri və onların buna reaksiyasının nə üçün vacib olduğunu ictimaiyyətə göstərəcək hərəkətlər olacaq”.
Saymon Canaşiyanın sözlərinə görə, sabah, noyabrın 1-də axşam saat 19:00-da onlar növbəti addımları müzakirə etmək üçün “Mziuri” parkında görüşəcəklər.
“Azadlıq Meydanı” hərəkatı “Güclü Gürcüstan” koalisiyasına daxil olan təşkilatdır. Seçkilərdə koalisiya seçicilərin 8,81 faizinin dəstəyini qazanıb.