Gürcüstan Rusiya ilə sərhədi bağlayacaq

Gürcüstan hakimiyyəti ​​texniki işlərlə əlaqədar Rusiya Federasiyası ilə sərhəddə yerləşən Kazbegi gömrük-keçid məntəqəsini avqustun 6-da səhər saat 05:00-dan 10:00-dək bağlayacaq.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, bu müddət ərzində məhsulların idxalı və ixracı, habelə sərhədi keçərkən fiziki şəxslərin nəzarəti ilə bağlı prosedurlar dayandırılacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra gömrük-keçid məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Kazbegi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük keçid məntəqəsidir.