“Gürcü arzusu”nu qələbə münasibətilə hansı ölkələr təbrik edib?

Hazırda “Gürcü arzusu” hökumətini parlament seçkilərində qələbəsi münasibətilə yalnız beş ölkə təbrik edib, onlardan üçü qonşudur:

Macarıstan
Azərbaycan
Ermənistan
Türkiyə
Çin

Məlumatı “Netgazet”ə hökumət administrasiyasından təsdiqləyiblər. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Yan bu gün Pekində keçirilən brifinqdə bildirib ki, Gürcüstanda parlament seçkiləri rahat keçib.

“Çin gürcü xalqının seçiminə həmişə hörmətlə yanaşır və səmimi qəlbdən ümid edir ki, Gürcüstanda sabitlik və rifah olacaqdır. Biz Gürcüstanla ikitərəfli münasibətləri gücləndirmək üçün işləməyə hazırıq”, - deyə Lin bildirib.

Türkiyə , Azərbaycan və Ermənistan liderləri Gürcüstan hökumətini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik ediblər. Hələ səsvermənin nəticələri hesablanmamışdan əvvəl Macarıstanın baş naziri Viktor Orban İrakli Kobaxidzeni və “Gürcü arzusu”nu qələbə münasibətilə təbrik edib.

Gürcüstan hökumətinin mətbuat xidməti Azərbaycanın Baş naziri Əli Əsədovun baş nazir İrakli Kobaxidzeyə təbrikini yayıb. “Ölkənizdə keçirilən parlament seçkilərində “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu qələbə dost gürcü xalqının ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü arzusu”nun həyata keçirdiyi siyasi kursu dəstəklədiyini bir daha təsdiqlədi”, - Əli Əsədov qeyd edir.

ABŞ və Aİ ölkələri seçkilərin nəticələrini şübhə altına alıb və pozuntuların araşdırılmasının zəruriliyindən danışıblar.

Rusiya və Venesuela isə Qərbin Gürcüstana təzyiq etdiyini düşünür.

“ABŞ Gürcüstanı hökumət öz kursunu dəyişməsə, “sonrakı nəticələrlə” hədələyib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Növbəti stansiya neokolonializmdir”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram-da yazıb.

“Sputnik” in məlumatına görə , ABŞ və Avropa İttifaqının iyulun 29-da keçirilən prezident seçkilərinin qalibi kimi tanımadığı Nikolas Maduro bildirib ki, ABŞ Gürcüstanın daxili işlərinə sanki onun müstəmləkəsi kimi qarışır.

MSK-nın məlumatına görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü arzusu” 54 faiz səs toplayıb. “Arzu”dan başqa daha dörd partiya/koalisiya 5%-lik baryeri keçib: “Birlik – Milli Hərəkat” və “Dəyişikliklər Koalisiyası” seçkilərin ilkin nəticələrini tanımır. Gürcüstanın müxalifət partiyaları və prezidenti seçkilərin nəticələrini tanımır.