Fransa FTB-dən kömək istəyib

Parisdə Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış yüksəksürətli qatar xətlərində törədilən təxribatı araşdıran Fransa polisi ABŞ Federal Təhqiqatlar Bürosundan kömək istəyib.

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyinə mənbə bildirib,

Bir sıra KİV-lər təxribatı törədənlərdən, ABŞ-ın Seattle şəhərində yerləşən riseup.net ünvanından göndərilən elektron məktub aldıqdan sonra fransız müstəntiqləri FTB-yə müraciət ediblər. 

Bu təşkilat “kapitalizmə və zülmün digər formalarına qarşı mübarizə aparan müttəfiqləri rabitə və hesablama resursları” ilə təmin etdiyini iddia edir.

E-poçtun müəllifi Fransanın yüksək sürətli TGV qatarlarının yalnız "imtiyazlı bir neçə nəfərə" fayda gətirdiyini tənqid etdi və nəqliyyat sisteminin "həmişə yeni əraziləri müstəmləkə etmək üçün bir vasitə olduğunu" söyləyib..

Xatırladaq ki, iyulun 25-dən 26-na keçən gecə Olimpiadanın açılışına keçən gecə naməlum şəxslər Parisi regionlarla birləşdirən sürətli dəmir yolunun üç qolunda mühüm avadanlıqları zədələmiş və bu, 100 min sərnişinin planını pozmuşdu.

Təxribatın nəticələri bir neçə gün ərzində aradan qaldırılsa da, Fransanın müvəqqəti hökuməti dəmir yolu infrastrukturunun təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr etdi.