F-35, yoxsa Su-57?

Açıq döyüşdə Amerikanın beşinci nəsil F-35 qırıcısı Rusiyanın Su-57 təyyarəsini məğlub edər.

Bizimxeber.az bildirir ki, bu barədə  Amerikanın “The National Interest” jurnalının köşə yazarı Piter Suçiu yazıb .

“F-35-in əməliyyat yetkinliyi ona xüsusi üstünlük verir”, o yazıb. 

O qeyd edib ki, bu gün F-35 və Su-57 arasında qarşıdurma hipotetik müstəvidədir.

Bundan əvvəl hərbi müxbir Aleksandr Kots  bildirmişdi ki, S-70 “Oxotnik” ağır hücum pilotsuz təyyarəsi uzun müddətdir ki, Su-57 ilə birlikdə Ukraynanın xüsusi əməliyyat zonasında uğurla istifadə olunur.