Ukrayna Rusiya ilə bir-birinin enerji obyektlərinə zərbə endirməmək üçün Rusiya ilə danışıqlar aparmağa çalışır.
Bizimxeber.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu danışıqlarda Qətər vasitəçi olaraq çıxış edir. Nəşrin mənbələrinin bildirdiyinə görə, proses ilkin mərhələdədir.
Bu yaxınlarda bir sıra Qərb KİV-ləri avqustda Ukrayna və Rusiyanın Qətərin vasitəçiliyi ilə bir-birlərinin enerji obyektlərinə hücumları dayandırmaq üçün razılığa gəlməyə çalışdıqlarını yazmışdı.
“Financial Times”ın mənbələri bildirirlər ki, Ukrayna qoşunları Kursk vilayətində qaldığı müddətdə Rusiya Ukrayna ilə razılaşmadan imtina edəcək.