“Buraxılış imtahanlarının tarixini bütün nazirlik və təşkilatlarla dəqiqləşdirdikdən sonra ilin sonunda elan edəcəyik”.
Bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Biz artıq bu ilin imtahanları ilə əlaqədar olan proqramı sentyabr ayından ictimaiyyətə açıqlamışıq. Builki yeniliklər buraxılış imtahanında ingilis dilində olan yeniliklərdir”.
M. Abbaszadə, həmçinin qeyd edib ki, şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək.