Britaniyanın baş naziri iğtişaşçıları dayandırmağa çağırıb

Britaniyanın baş nazir Keir Starmer iğtişaşlar dalğası ilə əlaqədar müraciətində, iğtişaşları dayandırmağa çağırıb və iğtişaşlarda iştirak edən etirazçılara ağır cəza veriləcəyini vəd edib. 

Bizimxeber.az bildirir ki, bu barədə SkyNews xəbər verib. 

Starmer Downing Streetdəki hökumət binasını tərk edib və iğtişaş iştirakçılarının "qanunun bütün şiddəti ilə" cəzalandırılacağını deyib.

“Bu, zorakılıqdır, əxlaqsızlıq deyil... Mən zəmanət verirəm ki, siz bu iğtişaşlarda iştirak etdiyinizə görə peşman olacaqsınız – həm birbaşa, həm də onlayn iğtişaşları qızışdırmaqla”, - o deyib. 

Baş nazir iğtişaşçıların miqrantların qaldığı otelə hücum etdiyi Roterhemdəki hadisələri ayrıca tənqid edib. “Belə hərəkətlərin heç bir bəhanəsi yoxdur. 

"Dərinin rənginə və ya inancına görə təhlükə hiss edən insanlar üçün bunun nə qədər dəhşətli görünə biləcəyini başa düşürəm... Bilin ki, bu aqressiv kütlə ölkənin siması deyil və biz onları ədalət qarşısında cavablandıracağıq", - o vurğulayıb.