Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibəsində iştirak edəcəyi təqdirdə KXDR-ə qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Bizimxeber.az bildirir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastyan Fişer deyib.
Onun sözlərinə görə, rəsmi Berlin bu mövqeyi XON-ə çağırılmış Şimali Koreyanın nümayəndəsinə çatdırıb .
“Şimali Koreya əsgərlərinin Rusiya Federasiyasının tərəfində döyüşlərdə iştirak etməsi ilə bağlı məlumatlar təsdiq olunarsa, biz ikitərəfli münasibətlərdə əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlavə addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”, – Fişer bildirib.
ABŞ-ın son hesablamalarına görə, Şimali Koreya təlim keçmək və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya 10 minə yaxın hərbçi göndərib.