Birləşmiş Ştatlar tezliklə Ukraynaya yeni hərbi yardımı elan edəcək.
Bizimxeber.az bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Austin deyib.
Ostin Şimali Koreya qoşunlarının Rusiyada olmasından da danışıb və bunu, Putinin çarəsizliyini və Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirmək niyyətinin göstərisizi adlandırıb.
"Beləliklə, prezidentin (Bayden. - Red.) göstərişi ilə ABŞ Ukraynaya təhlükəsizlik yardımını artırmağa davam edəcək, Ukraynanın müdafiəsi üzrə təmas qrupundakı müttəfiqlərimiz və tərəfdaşlarımız da", - Pentaqonun rəhbəri əlavə etdi.
"Söhbət artilleriya, hava hücumundan müdafiə, zirehli texnika, döyüş sursatı və digər mühüm silahlardan gedir. ABŞ yaxın günlərdə Ukraynaya əlavə təhlükəsizlik yardımı elan edəcək", - o bildirib.
Qeyd edək ki, sonuncu 400 milyon dollar dəyərində hərbi yardım paketi oktyabrın 21-də Pentaqonun rəhbəri Lloyd Ostin tərəfindən Kiyevə səfəri zamanı elan edilib.