AB-nin Kiyevə Rusiyadan neft tranziti qadağasının arxasında ABŞ dayanır

Aİ-nin Rusiyadan Kiyevə neft tranzitini qadağan etmək tövsiyəsinin arxasında ABŞ dayanır.

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Vaşinqton Brüsselin arxasındadır. Amerika dərin dövlətinin Aİ-nin Amerikanın enerji resurslarından tam asılılığına ehtiyacı var”, - agentlik Zaxarovanın sözlərindən sitat gətirir. 

Onun sözlərinə görə, bu addım Amerika tərəfinə iqtisadi bonuslar, eləcə də Avropa İttifaqına siyasi nəzarəti təmin edir. Bu səbəbdən ABŞ Aİ ölkələri ilə Rusiya arasında uzunmüddətli müqavilələrə o qədər nifrət edirdi.

O vurğulayıb ki, buna görə də “Şimal axını” qaz kəmərlərində təxribat təşkil edilib.