Zelenskinin "Rusiyanı sülhə məcbur etmək planı" işə yarıyacaqmı?

Ukrayna prezidenti Vladimir Zelenski Brüsselə gedib və burada Avropa Şurasının iclasında iştirak edəcək.

Bizimxeber.az ukrayna KİV-lərinə istinadən bildirir ki, o, Avropa Parlamentində və NATO-nun mənzil-qərargahında görüşlər keçirəcək. Səfər öncəsi açıqlamasında Zelenski deyib ki, o,, Aİ-nin sammitində “qələbə planını” – “Rusiyanı sülhə məcbur etmək üçün alətlər” adlı sənədi təqdim edəcək.

"Bütün Avropa liderləri bizim mövqelərimizi necə gücləndirməli olduğumuzu eşidəcək. Biz bu müharibəni ədalətli şəkildə bitirməliyik", - deyə Zelenski bildirib.

Oktyabrın 17-də Brüsseldə Aİ liderlərinin iki günlük sammiti başlayacaq. 

Qeyd edək ki, Zelenskinin “qələbə planı” beş bənddən ibarətdir və əslində Rusiyanı sülhə məcbur etmək planıdır. O cümlədən, planın birinci bəndi Ukraynanı indi NATO-ya dəvət etməkdir.