Almaniya rus təyyarəsinə görə qırıcıları havaya qaldırdı

Almaniya Rusiyanın İl-20 təyyarəsinə görə, öz qırıcılarını səmaya qaldırıb.

Bizimxeber.az bildirir ki, bu barədə X-də (Twitter) Almaniya Hərbi Hava Qüvvələri məlumat yayıb .

Alman ordusunun verdiyi məlumata görə, İL-20 uçuş planı və radio rabitəsi olmadan uçurmuş. Rusiya təyyarəsi Baltik dənizinin beynəlxalq suları üzərində qeydə alınıb.

Bu səbəbdən də Rusiyanın İl-20 təyyarəsini müşayiət etmək üçün "Eurofighter" qırıcıları Almaniyanın Rostok-Laazie aerodromundan havaya qaldırılıb.