"Yeni Kaledoniyadakı üsyançıların Azərbaycanla əlaqəsi var" - "Franсe 2"

İğtişaşlarda iştirak edən Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan qüvvələrin bir hissəsinin Azərbaycanla əlaqələri var.

Bizimxeber.az bildirir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen "France 2" telekanalına bildirib.

Nazir Rusiya, Çin və Azərbaycan kimi dövlətlərin Fransanın xarici ərazisi olan Yeni Kaledoniyada baş verən hadisələrdə hər hansı rolu olub-olmaması ilə bağlı sualı cavablandırarkəndeyib ki,  "Azərbaycana gəlincə, bu, uydurma deyil, reallıqdır... Təəssüf edirəm ki, Kaledoniyadakı müstəqillik tərəfdarlarının bir hissəsinin Azərbaycanla müqaviləsi var” deyən Darmanen deyib.

O əlavə edib ki, müəyyən müdaxilə cəhdlərinə baxmayaraq, heç bir ölkə Yeni Kaledoniyada baş verənlərə birbaşa təsir göstərmir və Fransa öz ərazisində suverenliyi qoruyur. 

Bu arada “Europe 1” öz materiallarında qeyd edib ki, Azərbaycan hələ 2023-cü ildə Fransanın dəniz kənarındakı Martinik, Qayana, Yeni Kaledoniya və Fransız Polineziyasından müstəqillik tərəfdarı olan qüvvələrin nümayəndələrini Bakıya dəvət edib. Həmin qurultayın nəticəsi olaraq “müstəmləkəçilikdən qurtuluş hərəkatlarını” dəstəkləmək üçün “Bakı Təşəbbüs Qrupu” yaradılıb.

"Aprel ayında isə Yeni Kaledoniya Konqresi və Azərbaycan Milli Assambleyası əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycanın belə əməkdaşlığa marağı ondan irəli gələ bilər ki, Fransanın tarixi dostu Ermənistanla yaxşı münasibətləri, o cümlədən hərbi sahədə əməkdaşlığı var".