Rusiya ərazisi Britaniyanın silahları ilə vurula bilər

Böyük Britaniya heç vaxt “Storm Shadow” raketləri ilə Rusiya ərazisinə hücum imkanlarını məhdudlaşdırmayıb.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Böyük Britaniya uzun müddət heç bir məhdudiyyət olmadan “Storm Shadow” qanadlı raketlərini tədarük edib. Bir sıra NATO ölkəsi Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı silahlarının istifadəsini heç vaxt məhdudlaşdırmayıb, bir şərtlə ki, bu, məsuliyyətlə və beynəlxalq normalara uyğun həyata keçirilsin”, - Stoltenberq bildirib.