Xaçaturyan delimitasiya ilə bağlı sənədi imzaladı

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında Əsasnaməni imzalayıb. 

Bu barədə məlumat Ermənistan prezidentinin saytında paylaşılıb. 

Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti həmin əsasnaməni qəbul edib. 67 deputat sənədin lehinə səs verib.

Onu da xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.