"Ukraynadakı münaqişə dünya müharibəsini təhdid edir" - Bayden

"Qitə daxilində Avropada bir dənə də olsun böyük münaqişə yaşanmayıb. Ukraynadakı vəziyyət dünya müharibəsi təhlükəsi yaradır".

Bizimxeber.az bildirir ki, ABŞ prezidenti Co Bayden deyib. 

ABŞ-ın keçmiş prezidenti Donald Trampla debat zamanı Bayden qeyd edib ki, onun rəqibinin Ukrayna ilə bağlı mövqeyi dünyanı nüvə müharibəsi ilə hədələyir.

Amerika liderinin sözlərinə görə, münaqişə Polşa və digər ölkələrə yayılmaq təhlükəsi yaradır.