Azərbaycanda “Aİ-92” bahalaşdı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti bahalaşıb.

Bu barədə Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik bahalaşaraq, 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik bahalaşaraq 1 manat müəyyən edilib.

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.