Avtobus və metroda gedişhaqqı bahalaşdı

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə qiymətlər bahalaşdı.

Bizimxeber.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar verib.

Bildirilib ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər belə olub.

Avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

Bildirilib ki, bu Qərar Azərbaycan Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;