"Ukrayna NATO-nun 33-cü üzvü olacaq”- Rutte

"Ukrayna gələcəkdə Alyansa 33-cü və ya 34-cü üzv kimi qoşulacaq".

Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

"Hazırda deyəsən, Ukrayna 33-cü üzv olacaq. Amma ola bilsin ki, onların qarşısına başqa biri çıxsın. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq. Biz Vaşinqtonda belə qərar vermişik”, - NATO-nun baş katibi bildirib. 

İndi onun sözlərinə görə, müttəfiqlər Ukraynanın üzvlüyünə körpü yaratmaq səylərinə cəmlənib. 

"Beləliklə, əgər konkret "Nə vaxt?" sualı varsa, indi, indiki məqamda cavab verə bilmərəm. Amma biz bütün bu sahələr üzərində işləyirik ki, onlar bir gün həqiqətən NATO-ya üzv olsunlar", - Rutte əlavə edib.