Ukrayna danışıqlarla bağlı özü qərar verəcək - Zelenski

"Ukrayna işğalçı ölkə - Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verəcək".

Bizimxeber.az bildirir kiI, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Əlbəttə, Ukrayna qərar verəcək. Hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı. Təəssüf ki, işğalçı Rusiyadır və Putin müharibə istəyirdi və o, müharibəni bitirmək istəmir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna müharibənin qurbanı olduğu üçün təşəbbüs göstərib və diplomatik yol seçib: “Sülh sammiti başa çatıb. İndi biz üç detallı plan üzərində işləyirik: enerji, ərzaq təhlükəsizliyi və mübadilə. Əminəm ki, biz bu məsələləri həll edəcəyik. Biz ətraflı plan hazırlayacağıq. Yaxın vaxtlarda hazır olacaq. Biz həmçinin tərəfdaşımızın qarşısında masada olacaq sülh düsturunun bütün digər bəndlərini işləyib hazırlayacağıq”, - deyə Zelenski bildirib.