Türkiyənin bütün hava limanlarında“narıncı” təhlükə səviyyəsi

TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektinə edilən hücumdan sonra Türkiyədəki bütün hava limanları mümkün terror hücumlarına görə təhlükə səviyyəsini artırıb.

Bizimxeber.az bildirir ki, Türkiyənin bütün hava limanları “narıncı” təhlükə səviyyəsi elan edib. İstanbul Sabiha Gökçen hava limanında təhlükəsizlik tədbirləri xüsusilə gücləndirilib.

Hava limanlarına giriş-çıxışda nəqliyyat vasitələri diqqətlə yoxlanılır, sərnişinlərin sənədləri yoxlanılır. 

Oktyabrın 23-də bir qrup yaraqlı Ankarada TUSAŞ aerokosmik şirkətinin ərazisinə daxil olub, terror aktı nəticəsində 5 nəfər həlak olub  , 22 nəfər yaralanıb. Türkiyə Daxili İşlər Nazirliyi terror aktında Kürdüstan Fəhlə Partiyasının nümayəndələrinin əli olduğunu güman edir.