Trampın təyyarəsi təcili eniş etdi

ABŞ prezidentliyinə namizəd Donald Trampın təyyarəsində texniki nasazlıq aşkarlanıb və buna görə təyyarə təcili Montana ştatındakı hava limanına göndərilib.

Bu barədə “NBC” televiziyası məlumat yayıb.

Xəbərdə Trampın başqa təyyarə ilə seçicilərlə görüşəcəyi Bozeman şəhərinə səyahətini davam etdirdiyi dəqiqləşdirilib.

“CBS News” qeyd edib ki, Trampın təyyarəsi Bozemandan təqribən 240 kilometr aralıda olan Billinqsə enib. Mənbə televiziya müxbirlərinə bildirib ki, təyyarənin nasazlığı təhlükəsizlik problemləri ilə bağlı deyil.