Donald Trampın keçid komandası enerji və iqlimlə bağlı bir sıra icra sərəncamları və prezident bəyannamələri hazırlamağa başlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə CNN-ə planlarla tanış olan mənbə bildirib.
Bunlara Trampın 2017-ci ilin iyununda ilk dəfə elan etdiyi və 2024-cü il kampaniyası zamanı bunu təkrar edəcəyinə söz verdiyi ABŞ-ı Paris iqlim sazişindən çıxarmaq daxildir.
Trampın komandası enerji kəşfiyyatı ilə bağlı icra sərəncamları, o cümlədən şirkətlərin qazma işlərinə mane olan məhdudiyyətlərin və qaydaların götürülməsi ilə bağlı sərəncamlar hazırlamağa başlayıb. Onlar həmçinin enerji tənzimlənməsini azaltmağı planlaşdırırlar.
Trampın ABŞ prezident seçkilərində qələbəsi bütün dünyada iqlim dəyişikliyi fəallarının narahatlığını artırıb.
Xatırladaq ki, ətraf mühit fəalları Donald Trampın prezident seçkilərində qalib gəlməsinə etiraz əlaməti olaraq Londonun cənubundakı ABŞ səfirliyinin binasının bir hissəsinə narıncı boya töküblər .
Kaliforniya qubernatoru və Demokratlar Partiyasının nümayəndəsi Qavin Nyusom bildirib ki, ştat hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın potensial qanunsuz hərəkətlərinə qarşı çıxmağı planlaşdırır .