COP29 iştirakçıları üçün yeməyin qiymətləri narazılıq yaradıb - Video


COP29-da adi yeməyin qeyri-adi yüksək qiymətləri tədbbir iştirakçılarını heyrətə salıb. Belə ki, ən sadə buterbrodlar və içkilər Bakı kafelərindəki adi qiymətlərdən ən az 10 dəfə çoxdur! 

Məsələn, bir dilim pizza 10 manatdır (bütövü 60 manat - 35,2 dollar), baxmayaraq ki, paytaxtın ən bahalı kafesində pizza maksimum 18-20 manatdır.

Pendirli simit - 6 manat (kafedə 1 manat).

Hot-doq - 8,4 manat (küçə fast-fud-larında 1 manatdan ucuz).

50 qr bir dilim türk paxlavası 4-6 manatdır (mağazalarda 1 kq 18-20 manatdır).

Darçınlı piroq dilimi - 21 manat.

 Pendirli qalett - 10 manat.

"Sirab" mineral suyu - 5 manat (mağazalarda 60 qəpik).

"İstisu" suyu - 7 manat (mağazalarda 1,4 manat).

Red Bull – 14 manat (3,3 manat)

330 qr qutularda Coca cola  – 10 manat.

Muffin - 11 manat (1,5 manat).

Vafli (165 qr) - 18 manat

250 qr mal əti və tərəvəzli baget - 18 manat (mağazalarda 7-8 manat).

Tərəvəzli baget - 10 manat (3 manat).

Qozlu peçenye (100 qr) - 8 manat.

Sezar salatı (400 qr) - 24 manat.

Bir parça forel (250 qr) - 43 manat (mağazada 1 kq - 13-14 manat).

Bu qiymətlərin kimin üçün nəzərdə tutulduğunu və hansı əsaslarla müəyyən edildiyini bir Allah bilir.

Image 1 of 27

Image 2 of 27

Image 3 of 27

Image 4 of 27

Image 5 of 27

Image 6 of 27

Image 10 of 27

Image 11 of 27

Image 13 of 27

Image 15 of 27

Image 16 of 27

Image 18 of 27

Image 21 of 27