Sui-qəsddən əvvəl video çəkibmiş - Video

Trampı güllələyən sui-qəsdçinin hadisədən əvvəlki videosu yayılıb.

Bizimxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs videoda sabiq prezidentə nifrət etdiyini deyib.

“Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız”, - deyə bildirib.

Xatırladaq ki, 20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.

O, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Həmin görüntüləri təqdim edirik: