Sabahkı yürüşlə bağlı bu yollarda məhdudiyyət olacaq - Siyahı


Xəbər verdiyimiz kimi, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək.

Baş DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, yürüşlə bağlı aşağıdakı yollarda hərəkətə məhdudiyyət qoyulacaq:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

- Şəhidlər Xiyabanı - “Alov qüllələri” kompleksi - “İçərişəhər” metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;

- “Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;

- N.Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı – H.Əliyev sarayı - Mərkəzi Bank - “28 Mall” Ticarət Mərkəzi.

Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almaları xahiş edilir.

Yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək.