"Rusiyaya təzyiq etmək əbəsdir, razılığa gəlmək lazımdır" - Putin


"Rusiyaya təzyiq etmək əbəsdir və ölkə hər zaman danışıqlara hazırdır".

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Hər kəsə aydın olmalıdır: bizə təzyiq etmək əbəsdir. Amma biz hər zaman qarşılıqlı qanuni maraqları tam nəzərə alaraq danışıqlara hazırıq. Biz beynəlxalq ünsiyyətin bütün iştirakçılarını buna çağırırıq”.

Putin qeyd edib ki, çoxqütblü dünyada itirən ölkələr və xalqlar olmamalıdır. Rusiya prezidenti həmçinin ABŞ-ın “bizimlə deyilsə, bizə qarşı” prinsipini təhlükəli adlandırıb .