Rusiya XİN: “3+3” Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün effektiv mexanizmdir

“3+3” Platforması Cənubi Qafqazda və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaq üçün effektiv mexanizmdir.

Bizimxeber.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O xatırladıb ki, oktyabrın 17-18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyənin daxil olduğu formatda iştirak etmək üçün İstanbula səfər edəcək.

“Bu format həm də ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir”-deyə Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, tədbir çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, İrəvan “3+3” formatında İstanbulda keçiriləcək görüşdə iştirakını təsdiqləyib. Gürcüstan Xarici İşlər Nazirliyi isə rəsmi Tbilisinin qarşıdan gələn görüşdə iştirak etməyəcəyini açıqlayıb.